Lənkəranda həkimin evindən 80 min manatlıq oğurluq edən şəxs tutulub

Lənkəranda həkimin evindən 80 min manatlıq oğurluq edən şəxs tutulub Lənkəranda həkimin evindən 80 min manat oğurlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyini məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də rayon ərazisindəki evlərin birindən 45000 ABŞ dolları və 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Veravul kənd sakini F.Əhədzadə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.
Geri qayıt