DİN-dən adam bıçaqlayan polislə bağlı AÇIQLAMA

DİN-dən adam bıçaqlayan polislə bağlı AÇIQLAMA Daxili İşlər Nazirliyi və prokurorluq Bərdə rayonunda polis əməkdaşının adam bıçaqlaması haqda yayılan məlumat barədə rəsmi açıqlama verib.

Bərdə Rayon Prokurorluğundan verilən açıqlamaya görə, dekabrın 10-u saat 23 radələrində Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Bazarstore” mağazasının qarşısında Bərdə rayon sakini, 1980-cı il təvəllüdlü Nicat Allahverdiyevin bıçaqlanması barədə barədə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin edilib. İlkin istintaqla 1994-cü il təvəllüdlü Feruz Əhmədovun şəxsi münasibət zəminində borc üstündə aralarında yaranmış mübahisə zamanı N.Allahverdiyevi bıçaqla vuraraq qəsdən adam öldürməyə cəhd etməsinə şübhələr müəyyən edilib.
Geri qayıt