Bakıda 14 evdən oğurluq edən şəxs saxlanıldı

Bakıda 14 evdən oğurluq edən şəxs saxlanıldı Bakıda 14 evdən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyinə görə tutulan R.İbrahimovun ətrafında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki daha 14 evdən pul, qızıl-zinət əşyaları və noutbuk oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt