Gəncədə və Bakıda 18 nəfərə qarşı dələduzluq edən şəxslər tutulub

Gəncədə və Bakıda 18 nəfərə qarşı dələduzluq edən şəxslər tutulub Gəncədə və Bakıda 18 nəfərə qarşı dələduzluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 18 vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri M.Şərifov, əvvəllər məhkum olunmuş M.Abdullayev, Şəki rayon sakini V.Abdullayev və Gəncə şəhər sakini, əvvəllər də dələduzluğa görə məhkum olunmuş Ş.Musayev saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır.
Geri qayıt