Polis əməliyyat keçirdi – Aralarında qadın da olan dəstə yaxalandı

Polis əməliyyat keçirdi – Aralarında qadın da olan dəstə yaxalandı Cəlilabadda oğurluq etmiş şəxslər tutulub.

Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk ki, Kriminalistik Tədqiqatlar İdarəsi, Təhlükəsiz Şəhər Xidməti və Cəlilabad RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Cəlilabad rayonu ərazisindəki evlərin birindən 265 manat, 800 ABŞ dolları və 6690 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Z.Xasayzadə, İ.Mikayılov, E.Məmmədov və E.Həsənova saxlanılıb.

Tutulan dəstə üzvləri ilə bağlı əlavə araşdırmalar aparılır.
Geri qayıt