Sumqayıt Şəhər prokurorunun maşınına basqın oldu

Sumqayıt Şəhər prokurorunun maşınına basqın oldu Bu gün Sumqayıt Şəhər prokuroru Sərdar İmanovun maşınına basqın olub.

Hadisənin şahidi olanların verdiyi məlumata görə prokurorun maşınına basqın edənlər maşının şüşələrini sındırıblar.

Hadisə Sumqayıt Şəhər Prokurorluğunun qarşısında baş verib.

Prokurora hücum edənin vaxtilə məcburi köçkünü döyüb burnunu sındırsa da, hüquq mühafizə orqanları tərəfindən himayə olunduğu, həbs olunmadığı bildirilir.

Aldığımız məlumata görə hücum edən şəxs saxlanılsa da, sonradan sərbəst buraxılıb.

“Basta”
Geri qayıt