Bağdan oğurluq edən şəxs ələ keçdi

Bağdan oğurluq edən şəxs ələ keçdi Noyabrın 4-də Bakı şəhər sakini R.Şariyevin saat 21 radələrində Nəsimi rayonu 28 May küçəsində yerləşən bağda mobil telefonunun və pul kisəsinin qeyri-aşkar şəraitdə oğurlnması ilə bağlı polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü R.Oucov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.
Geri qayıt