Azərbaycanda şagird məktəbdə öldü

Azərbaycanda şagird məktəbdə öldü Gəncədə məktəbdə ölüm faktı qeydə alınıb.

Hadisə 16 nömrəli orta məktəbdə olub.

Məktəbin 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Hətəmli Xədicə Rəhim qızı təhsil ocağında qəflətən yıxılıb. Təcili Tibbi Yardım gələnə qədər şagird keçinib.

Xədicə Hətəmlinin epilepsiya xəstəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt