Bakıda daha bir DƏHŞƏT: - 6 tələbə qız dəm qazından zəhərlənib

Bakıda daha bir DƏHŞƏT: - 6 tələbə qız dəm qazından zəhərlənib Xəzər universitetinin 6 tələbəsi zəhərlənib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə hazırda tələbələr Təcili Tibbi yardım avtomobili ilə КТМ-in Toksikologiya şöbəsinə gətiriblər.

Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47 də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib.

Həkimlər tələbə qızların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.
Geri qayıt