Nəsimidə məcburi köçkünlər yaşayan bina uçdu - Foto

Nəsimidə məcburi köçkünlər yaşayan bina uçdu - Foto Bakıda 2 mərtəbəli yaşayış binası uçub.

Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 37 ünvanında yerləşənyaşayış binasında uçqun olub.

Məlumata görə, həmin binanın birinci mərtəbəsində obyektlər, ikinci mərtəbəsində isə 20-yə yaxın ailə yaşayır. Köhnə tikili olduğu üçün bina qəzalı vəziyyətdə olub.

Binanın divarı qaz xəttinin üzərinə düşdüyü üçün əraziyə qazın verilməsi dayandırılıb. Binada Kəlbəcər rayonundan olan məcburi köçkünlər yaşayır. Binanın sakinlərinə köçürüləcəkləri deyilsə də heç bir tədbir görülməyib.
Nəsimidə məcburi köçkünlər yaşayan bina uçdu - Foto






Geri qayıt