Şəkidə maşınını aşıran sürücünü xilas etmək mümkün olmadı
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, noyabrın 10-da saat 16:30 radələrində Şəki rayonu Turan qəsəbəsi ərazisində rayonun Sarıca kənd sakini Ziyad Rüstəmov idarə etdiyi “Opel” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü aldığı bədən xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölmüşdür.Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.
