Bakıda “MedAura” klinikasında 37 yaşlı qadın can verdi

Bakıda “MedAura” klinikasında 37 yaşlı qadın can verdi Bakıda klinikada 37 yaşlı qadın estetik əməliyyat zamanı ölüb.

Hadisə oktyabrın 24-də Nəsimi rayonu ərazisində yerləşən “MedAura” klinikasında baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva həmin klinikada həyata keçirilən estetik əməliyyat zamanı anesteziya edildikdən sonra dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Geri qayıt