Direktor müavinini maşın vurdu

Direktor müavinini maşın vurdu Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Lənkəran şəhərində, akademik Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, Ələkbər Qiyas oğlu Bəşirov rayon ərazisində taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı 42 BO 477 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulub. Hadisəni törədən sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Ona kəllə-beyin travması və aşağı ətraflarda sınıq diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.Bəşirov Lənkəran şəhər 10 saylı məktəbin direktor müavinidir.
Geri qayıt