Bakıda ağır qəza: ata və oğlu yaralandı

Bakıda ağır qəza: ata və oğlu yaralandı Bu gecə Bakıda növbəti ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Babayev Əli İlyas oğlu və onun 10 yaşlı övladı Babayev İlyas Əli oğlu xəsarət alıb.

Yaralılar təcili yardımın köməyilə paytaxtın özəl xəstəxanalarından birinə yerləşdirilib.

B.Əliyə kəllə-beyin travması, ayağın kəsilmiş yarası, B.İlyasa isə kəllə-beyin travması diaqnozu qoyulub. Hazırda polis qəzanın təfərrüatını araşdırır.
Geri qayıt