Bakıda yeni doğlan körpə küçəyə atıldı - VİDEO

Bakıda yeni doğlan körpə küçəyə atıldı - VİDEO Bakının Lökbatan qəsəbəsində küçədən köməksiz vəziyyətdə birgünlük oğlan uşağı tapılıb.

Oxu.az-a istinadən xəbər veririk ki, uşaq tapılan zaman qutunun içərisində yorğançaya bükülmüş olub. Körpə tapılandan sonra xəstəxanaya aparılıb.

Məlumatlara görə, qutu oktyabrın 17-dən 18-nə keçən gecə Lökbatan qəsəbəsindəki polis məntəqəsinin qarşısına atılıb.

Faktla bağlı araşdırma aparılır. Uşağın kim tərəfindən atıldığı məlum deyil.
Geri qayıt