Biləsuvarda dəhşətli faciə, oğul anasını traktorla vurub öldürdü

Biləsuvarda dəhşətli faciə, oğul anasını traktorla vurub öldürdü Biləsuvar rayonunda ölümlə nəticələnən qəza baş verib.

Hadisə rayonun Səmədabad kəndində olub.

Kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Fəqan Mirzəbala oğlu yaşadığı evin həyətində traktoru işə salarkən traktor qəfil hərəkətə gəlib və həyətin darvazasını açmaq istəyən anası, 1959-cu il təvəllüdlü Məmmədova Umnisə Əliş qızını vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt