Bakıda qadın 700 manat verib tatu etmək istədi - xəsarət aldı

Bakıda qadın 700 manat verib tatu etmək istədi - xəsarət aldı Bakıda tatu etdirən qadın xəsarət alıb.

Hadisə Nərimanov rayonunda yerləşən “Tatu” salonunda qeydə alınıb.

Salona müraciət edən 35 yaşlı S.Ə. qaşlarına tatu etdirmək istədiyini deyib. Bu xidmətin müqabilində o, 700 manat ödəniş edib.

Salonda tatuajçı işləyən Fərid adlı şəxs qadının qaşlarına xəsarət yetirərək yararsız hala salıb.

Qadın polisə şikayət edib, fakt araşdırılır.
Geri qayıt