Azyaşlını elektrik cərəyanı vurub öldürdü

Azyaşlını elektrik cərəyanı vurub öldürdü Tərtər rayonunda bədbəxt hadisə baş verib.

Tərtər Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Azad Qaraqoyunlu kəndində 2017-ci il təvəllüdlü Üzeyir Fədail oğlu Xəlilzadəni elektrik cərəyanı vurub. Körpə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt