YPX maşını qəzaya düşdü - 3 maşın toqquşdu

Hadisə gecə saatlarında M.Maqomayev prospektində baş verib. Belə ki, “VAZ 2107”, “VAZ 21099” və YPX-yə aid “BMW” markalı avtomobillər toqquşub.
Toqquşmanın təsirindən "BMW" idarəetmədən çıxaraq səkiyə qalxıb. Qəza nəticəsində sürücülər yüngül xəsarətlə qurtulsa da, “VAZ 2107”də olan və xəsarəti nisbətən ciddi olan 1973-cü il təvəllüdlü şəhər sakini Allahverdiyev Tapdıq Aslan oğlu xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.