İsmayıllı sakinindən qanunsuz saxladığı tüfəng götürülüb

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, avqustun 20-də İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Pirəbilqasım kənd sakini Barat Əhmədovdan müvafiq sənədləri olmayan 1 ədəd “Tula” markalı, 20 çaplı, qoşalülə ov tüfəngi aşkar edilərək götürülüb.