Tərtərdə 6 yaşlı uşağı avtomobil vuraraq öldürdü
Tərtər rayonunda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb. Şəhər sakini Mahir Abdullayev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 2013-cü il təvəllüdlü Pünhan Sadıqovu vurub. Yaralı xəstəxanaya çatdırılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
