6 tələbənin öldüyü yerdə daha bir dəhşətli qəza - FOTO
Bu gün Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Masazır körpüsünün üstündə "Mercedes" markalı avtomobil idarə etməni itirirək maneyəyə çırpılıb.
Sürücünü xəsarət aldığı bildirilir.
Qeyd edək ki, martın 9-da həmin yerdə 6 tələbənin ölümü ilə nəticələn qəza baş verib. Tələbələr Sumqayıt Dövlət Universitetinin tələbələri olub.


