"Tarqovı"da qızlar arasında saçyoldu: polislər çətinliklə ayırdı

"Tarqovı"da qızlar arasında saçyoldu: polislər çətinliklə ayırdı Bakının mərkəzində xanımlar arasında dava-dalaş düşüb.

Xəqani küçəsi 24 ünvanın qarşısında ("Tarqovı”) Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Qasımova Zülfiyyə Tağı qızı ilə 1997-ci ildə anadan olmuş paytaxt sakini Rəşidova Nəzrin Şahin qızı arasında dava düşüb.

Yaxınlıqdakı şəxslər çalışsalar da, bir-birini vurub, saçını yolan qızları ayıra bilməyiblər. Ərazidə xidmət aparan post patrul polisinin müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub.

Hər iki qız polis bölməsinə aparılıb və izahatları alınıb.
Geri qayıt