"Xaliq Faiqoğlu"nun avtobusu qəzaya düşdü - Xəsarət alanlar var
Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib. Qəzada 199 nömrəli marşrut avtobusu digər sərnişin avtobusu ilə toqquşub, xəsarət alanlar var.
Yol-nəqliyyat hadisəsi nəticəsində yolda tıxac yaranıb.
Qeyd edək ki, 199 nömrəli marşrut avtobusu "Xaliq Faiqoğlu" MMC-yə məxsusdur.
