2-ci sinif şagirdi kanalda boğulub - Cəlilabadda

Şəbiyev Vəli Ramin oğlu şəhərin yeni massiv deyilən ərazisində, evlərinin yaxınlığından keçən su kanalında batıb.
İlkin ehtimala görə, uşaq oynayarkən ayağı sürüşərək kanala düşüb.
Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Hadisəni Cəlilabad Rayon Prokurorluğu araşdırır.