Bakıda dəhşətli qətl, yeznə arvadını və qaynını qana buladı

Bakıda dəhşətli qətl, yeznə arvadını və qaynını qana buladı Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.
Məlumata görə, rayonun Yeni Suraxanı qəsəbəsində təxminən 35 -40 yaşlarında olan Ərəsov Muşviq Etibar oğlu bacısının əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib. O, ürəyindən iki bıçaq zərbəsi alıb və yerindəcə keçinib.

Hadisəni törədən şəxs daha sonra həyat yoldaşı, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızına bir neçə bıçaq zərbəsi vurub. Yaralı qadın ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, 1991-ci il təvəllüdlü Ərəsova Zülfiyyə Etibar qızı cinayət törədən ərindən boşanıbmış.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Geri qayıt