Şirvan sakini polisləri BIÇAQLADI

Şirvan sakini polisləri BIÇAQLADI Şirvan sakini polis əməkdaşlarına bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 21-də narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Solovyev Şirvan ŞPŞ əməkdaşları tərəfindən saxlanılarkən 2 polis əməkdaşının əl nahiyəsinə bıçaqla xəsarət yetirib.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
M.Solovyev isə tutulub, ondan 1 bıçaq və 9 qram marixuana götürülüb.
Geri qayıt