Cəlilabadda qadın doğuş zamanı ölüb

Cəlilabadda qadın doğuş zamanı ölüb Cəlilabadda 36 yaşlı qadın doğuş zamanı ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Kövüzbulaq kənd sakini Təbrizə Vəliyeva Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib. Körpənin həyatını isə xilas etmək mümkün olub.

Faktla bağlı araşdırmalara başlanılıb.
Geri qayıt