Dilarə Cəbrayılovanın oğlu Türkiyədə qəzaya düşdü

Dilarə Cəbrayılovanın oğlu Türkiyədə qəzaya düşdü Milli Məclisin üzvü Dilarə Cəbrayılovanın oğlu Türkiyədə qəzaya düşüb.

Deputatın oğlu Fərid Cəbrayılov mayın 10-da velomoped sürərkən "lyuk"a düşüb. Hadisə nəticəsində onun diz qapağı 3 yerdən çatlayıb.

Fərid Cəbrayılov artıq Bakıya gətirilib, xəstəxanalardan birində müalicə olunur.

Qeyd edək ki, D.Cəbrayılova 27 saylı Sabunçu II Seçki Dairəsindən Milli Məclisə deputat seçilib, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüdür.
Geri qayıt