Sərnişinləri daşıyan mikroavtobus qəzaya düşdü - Ölənlər var

Hadisə rayonun Qaracəmirli-Stansiya avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan sərnişin mikroavtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində iki nəfər ölüb. Biri azyaşlı olmaqla 10 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.