Bakıda gəlin qaynanasını döyüb xəstəxanalıq etdi

Bakıda gəlin qaynanasını döyüb xəstəxanalıq etdi Hadisə gecə saatlarında baş verib

Baku.tv-yə istinadən xəbər veririk ki, ailə münaqişəsi zəminində baş verən hadisə Nizami rayonunun Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

Hadisə zamanı gəlin 1959-cu il təvəllüdlü qaynanasına - İsayeva Sara Abbas qızına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt