Bakıda FACİƏ: Şagird özünü məktəbin binasından yerə atdı

Bakıda FACİƏ: Şagird özünü məktəbin binasından yerə atdı Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.

Hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.Hacıyeva təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı yeniyetmənin əlində kəsici alət də olub.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

***13:25

"162 nömrəli tam orta məktəbdən verilmiş məlumata əsasən, VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılıb".

Bunu Unikal.org-a Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdən məlumat verilib.

Bildirilib ki, şagirdin ailəsində müəyyən problemlər mövcuddur.

Hazırda şagird 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilib. Şagirdin ayağında sınıq var.

Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.
Geri qayıt