Polis maşını uçuruma yuvarlandı: əməliyyat müvvəkili öldü

Yardımlı rayon polis şöbəsinin 31 yaşlı cinayət-axtarış müvəkkli, baş leytenant Şahin Nəsirovun idarə etdiyi 10 AP 928 dövlət nömrə nişanlı “Chevrolet Niva” markalı xidməti avtomaşın sulu qarla örtülmüş yolda qəfildən dərin uçuruma yuvarlanıb.
Şahin Nəsirov qəza nəticəsində aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla balı araşdırma aparılır.