Misir Mərdanov qəzaya düşüb

Misir Mərdanov qəzaya düşüb Keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov avtomobil qəzasına düşüb. Bu barədə ONA-ya Misir Mərdanovun özü məlumat verib.

O bildirib ki, bir neçə gün əvvəl avtomobil qəzasına düşüb: “Qəza nəticəsində bir az bədən xəsarətləri almışam. Hazırda isə müalicə olunuram”.

M. Mərdanov qəzanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyib.

Geri qayıt