Bakıda məktəbli qız itkin düşdü

Bakıda məktəbli qız itkin düşdü Bakıda məktəbli itkin düşüb.

xalqxeber.az xəbər verir ki, Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 1999-cu il təvəllüdlü N. K.-nın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Valideynlərinin dediyinə görə, 202 saylı orta məktəbin 11-ci sinfində oxuyan N. K. ötən gün saat 14.00 radələrində məktəbdən çıxıb, ondan sonra barəsində heç bir xəbər yoxdur.

Hazırda polis onun tapılması istiqamətində axtarışları davam etdirir.
Geri qayıt