Binəqədidə faciə: atanın maşını qızının üstündən keçdi
Bakının Binəqədi qəsəbəsində bədbəxt hadisə qeydə alınıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, martın 10-da Binəqədi qəsəbəsində yaşayan F.Soltanlı evinin həyətində “Mercedes” markalı avtomobilini saxlayıb düşüb.
Bu zaman avtomobil əyləcdən çıxıb hərəkətə gəldiyindən sürücünün azyaşlı qızı təkərin altında qalaraq ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
