"Medical Plaza"da əkiz körpələr öldü

Hadisə Baku Medical Plazada qeydə alınıb. 1990-cı il təvəllüdlü Ülkər Rasim qızı Əhmədova əkiz uşaqlar dünyaya gətirib. Uşaqların hər ikisi doğuş zamanı ölüb.
Baku Medical Plazadan ONA-ya bildirilib ki, körpələr ölü vəziyyətdə doğulub.
Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.