Qəbələ sakinindən ov tüfəngi götürüldü

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, martın 6-da Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Nic qəsəbə sakini Anton Aqaidən müvafiq sənədləri olmayan “TOZ-16” markalı təklülə ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.