Bakıda xəstəxanada 3 günlük körpə öldü

Bakıda xəstəxanada 3 günlük körpə öldü Ötən gecə Bakıdakı xəstəxanada 3 günlük körpə ölüb.

Hadisə K.Fərəcova adına Elmi Tədqiqat (ET) Pediatriya İnstitutunda (OMD kimi tanınır) baş verib.

Faktı "Report"a İnstitutun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev təsdiqləyib. O qeyd edib ki, Quliyev soyadlı körpə ağır diafraqma yırtığı diaqnozu ilə instituta daxil olub: "Onu əməliyyat etsək də, həyatını xilas etmək mümkün olmadı. Çünki anadangəlmə ağır xəstəliklə doğulmuşdu. Ölkədə ağır vəziyyətdə doğulan körpələr bura gətirilir və onların bəzilərinin həyatını xilas etmək olmur".

Geri qayıt