İsmayıllıda qanunsuz ov edənlər saxlanıldı

İsmayıllıda qanunsuz ov edənlər saxlanıldı İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov edən 2 nəfər, rayonun Kürdmaşı kənd sakinləri Qurban Hüseynov və Tofiq Xəlilov saxlanılıblar.

DİN-dən verilən məlumata görə, onlardan müvafiq icra hakimiyyətindən xüsusi icazələri olmadan saxladıqları 2 ədəd “TOZ 63” markalı ov tüfəngi də götürülüb.

Saxlanılan şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.
Geri qayıt