Polis mayoru qəzada öldü

Polis mayoru qəzada öldü Kürdəmir rayonunda polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə dekabrın 7-də saat 1 radələrində, rayonun Sığırlı kəndi ərazisində baş verib.

Kənd sakini Əli Qayıbəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili idarə edərkən qəfil halı pisləşib və avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus “QAZel” markalı avtomobilə vurub.

Hadisə nəticəsində Ə.Qayıbəliyev yerindəcə ölüb. Məlumata görə, o, Ağsu Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayorudur.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Geri qayıt