Rusiyada iki azərbaycanlı gülləbaran edildi

Rusiyada iki azərbaycanlı gülləbaran edildi Rusiyada yaşayış binalarından birinin liftində qətlə yetirilmiş iki nəfərin cəsədi tapılıb.

Rusiya mətbuatına istinadən xəbər veririk ki, bu barədə prokurorluqdan bildirilib.

Məlumata görə, Kubanda, Krasnodar şəhərinin mərkəzindəki yaşayış binasının liftində aşkarlanmış cəsədlər Azərbaycan vətəndaşlarına məxsusdur. Onların bədənlərində çoxsaylı güllə yaraları aşkarlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb və təhqiqat başlanılıb. Xəbərdə qeyd olunur ki, öldürülənlər ticarətçilər olub və Rusiyada iş dalınca gəliblər.

Hələlik öldürülmüş şəxslərin kimliyi açıqlanmır və qətlin təfərrüatları ilə bağlı geniş məlumat verilmir.
Geri qayıt