Maaşını ala bilməyən fəhlədən ağlasığmaz hərəkət - BAKIDA

Open.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Tikilməkdə olan binalardan birində fəhlə işləyən, Mingəçevir şəhər sakini, 1991-ci il təvəllüdlü Kamil Mehdiyev əmək haqqını ala bilməməsi səbəbindən çalışdığı binanın damına çıxaraq intihar etməyə cəhd göstərib.
Polis əməkdaşlarının səyi nəticəsində 27 yaşlı gənc fikrindən daşınıb.
Faktla bağlı araşdırma aparılır.