Qubada əməliyyat - 23 nəfər tutuldu

Qubada əməliyyat - 23 nəfər tutuldu Quba rayonunda dini təriqətin təbliği ilə məşğul olan şəxslər saxlanılıb.

Məlumata görə, rayon sakini Tehran Əmiraslanov qanunla qadağan edilmiş dini təriqətlərdən birinin təbliği ilə məşğul olurmuş. O, bu məqsədlə evində yığıncaq təşkil edib. Hüquq-mühafizə orqanının əməkdaşlarının keçirdiyi əməliyyat zamanı yığıncaqda iştirak edən təşkilatçı ilə bərabər 22 nəfər saxlanılıb.

Evdən qanunla qadağan edilmiş 54 ədəd dini kitab və 16 ədəd audi kaset aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir
Geri qayıt