Bakıda arabaçılar 5 yaşlı qızı oğurladı - İDDİA

Bakıda arabaçılar 5 yaşlı qızı oğurladı - İDDİA Bakıda azyaşlı qız itkin düşüb.

Open.az xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə ərizə ilə müraciət edən Fuad Muxtarov "8-ci kilometr bazarı"nda 5 yaşlı qızı Maral Muxtarovanın itkin düşdüyünü bildirib.

Uşağın bazarda yük daşıyan arabaçılar tərəfindən oğurlandığını iddia edilir.

Daxil olan məlumat əsasında polis tərəfindən axtarışlara başlanıb.
Geri qayıt