Bir ailədən 3 nəfər xəstəxanalıq oldu - AĞIR QƏZA

Bir ailədən 3 nəfər xəstəxanalıq oldu - AĞIR QƏZA Neftçalada ağır yol qəzası baş verib. Dünən saat 19:50 radələrində Salyan-Neftçala avtomobil yolunun Xıllı kəndindən keçən hissəsində “Tofaş” markalı, 01 BX 043 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə nömrəsiz motosiklet toqquşub. Nəticədə hər iki sürücü, eləcə də sürücülərdən birinin həyat yoldaşı və qızı xəsarət alıb.

Yaralılar Neftçala rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
Geri qayıt