Bakıdakı yəhudi təhsil mərkəzində meyit tapılıb

Bakıdakı yəhudi təhsil mərkəzində meyit tapılıb Bakıdakı təhsil mərkəzində ölüm hadisəsi baş verib.

Hadisə Xətai rayonunda yerləşən Xabad-Or-Avner təhsil mərkəzində qeydə alınıb.

Məktəbin mühafizəçisi 1968-ci il təvəllüdlü Baloğlan Muradzadənin meyiti məktəbin sanitar qovşağında aşkar edilib.

Onun ölümünün səbəbləri Xətai Rayon Prokurorluğunda araşdırılır.

Qeyd edək ki, Xabad-Or-Avner təhsil mərkəzində yəhudi uşaqlar təhsil alır.
Geri qayıt