“Caspian Hospital”da qadın doğuşdan sonra vəfat edib

“Caspian Hospital”da qadın doğuşdan sonra vəfat edib Bakıda qadın doğuşdan sonra vəfat edib.

Hadisə Badamdar qəsəbəsində yerləşən “Caspian Hospital”da baş verib.

Masallı rayon sakini, 1977-ci il təvəllüdlü Xanımnaz Əliyeva avqustun 25-də qeysəriyyə əməliyyatı keçirib və oğlu olub. Sentyabrın 1-də isə həmin xəstəxanada vəfat edib. Onun ölümünün səbəbləri araşdırılır.

X.Əliyevanın bundan öncə 3 qızı olub.

“Qafqazinfo”
Geri qayıt