Şirvanda ata gənc oğlunu bıçaqlayıb

Şirvanda ata gənc oğlunu bıçaqlayıb Şirvanda Sabirabad sakini bıçaqlanıb.

Gecə saatlarında Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib. Əmisinin evinə qonaq gələn Sabirabad rayonunun Azadakənd sakini, 1999-cu il təvəllüdlü Abasov Əli Nizami oğlu atası tərəfindən bıçaqlanıb. Ə.Abasov daxilə nüfuz edən qarının ön divarının kəsilmiş-deşilmiş yarası, həmçinin qara ciyərin zədələnməsi diaqnozu ilə ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlərək əməliyyat olunub. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən 19 yaşlı gəncin vəziyyəti orta-ağır kimi qiymətləndirlir.

Hadisə yerindən qaçan atanın tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Geri qayıt