Bərdədə ağır qəza: Ölən var

Hadisə rayonun Alaçadırlı kəndində baş verib.
Kənd sakini, 1946-ci il təvəllüdlü Heydərov Maarif Fərəc oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 09 BH 987 dövlət nömrə nişanlı avtomobil qarşıdan gələn “Mercedes” markalı sərnişin avtobusu ilə toqquşub.
Zərbənin təsirindən “VAZ” markalı avtomobil yol kənarındakı elektrik xəttinin beton dirəyinə çırpılıb. Avtomobilin sürücüsü M.Heydərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.